Koronavirus onlayn statistika

Koronavirus pandemiyası hələ 2 il davam edəcək – Robert Kox institutu

COV 2 virus pandemiyası hələ 2 il yayılmaqda davam edəcək.

Bu barədə Robert Kox adına institutun prezidenti Lotar Viler açıqlama verib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, institut koronavirus təhlükəsini belə qiymətləndirib. Viller qeyd edib ki, yoluxma halları və sayı artır və zənciri izləmək getdikcə çətinləşir.
İnstitut rəhbəri onu da qeyd edib ki, hazırda virusun yayılmasına qarşı görülən tədbirlər zəifdir və yetərli deyil.

Villerin sözlərinə görə, real olaraq virusa yoluxan xəstələr rəsmi aşkarlanan rəqəmlərdən daha çoxdur.
Bu da laboratoriya və testlərin azlığına görədir.

İnstututun proqnozuna görə, virusun nəticəsi olaraq pnevmoniyaya kimi gəlib çatan hər 5 xəstədən biri itiriləcək.

Milli.Az

Oxşar yazılar