Koronavirus onlayn statistika

Koronavirus şübhəsi ilə xəstəxanaya getdi, 6 saatdan sonra… – İnanılmaz OLAY

Koronavirus şübhəsi ilə xəstəxanaya getdi, 6 saatdan sonra… – İnanılmaz OLAY

ABŞ-da koronavirus xəstəsinin ölümü səs-küyə səbəb olub.

<

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, Los-Ancelesdə yaşayan və adı açıqlanmayan gənc 11 gün əvvəl Kovid-19 simptomları ilə müraciət etdiyi sağlamlıq mərkəzindən rədd cavabı alıb. Buna səbəb onun tibbi sığortasının olmaması olub. Həkimlərin məsləhəti ilə Antilop Vadisi Xəstəxanasına gedən gənc 6 saatdan sonra orada ölüb.

Lankaster bələdiyyə sədri Reks Paris baş verənlərə bu cür reaksiya verib:

“Sağlamlıq mərkəzinin işçiləri gənci təcili müalicə etmək əvəzinə tibbi sığortası yoxdur deyə digər xəstəxanaya yönləndiriblər. Ora getdiyi zaman isə çox gec olub. Bir şəxs sizə nəfəs darlığı ilə müraciət edirsə, sığorta tələb etmədən təcili yardım çağıra və ya nəzarət altına ala bilərsiniz”.

Qeyd edək ki, gəncin koronavirus testinin nəticəsi ölümündən sonra açıqlanıb. O, Kovid-19 səbəbilə həyatını itirən ən gənc xəstə olub.

Onun ölümündən 11 gün keçməsinə baxmayaraq, qiymətləndirmənin nəticələri elan edilməyib.

Oxşar yazılar