Koronavirus onlayn statistika

Koronavirusdan ölən kişinin “WhatsApp” yazışması - FOTO

Türkiyədə koronavirusun qurbanı olan şəxsin ölümündən əvvəlki “WhatsApp” yazışması ortaya çıxıb.

Redaktor.az bildirir ki, Zonquldaqda yaşayan 52 yaşlı Kamal Soytürk pandemiyadan vəfat edib. Onun “WhatsApp” yazışması sosial şəbəkələrdə yayılıb. O, ömrünün son günlərində dostlarına bunları yazıb:

“Mən ölürəm, danışa bilmirəm. Hazırda son anlarımı yaşayıram. Artıq 9 gündür yüksək hərarətlə yatıram. Ağlınız varsa, çölə çıxmayın. Dözmək olmur!”.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 812 nəfər koronavirusdan dünyasını dəyişib.

Redaktor.az

Oxşar yazılar