“Kurtlar Vadisi” geri qayıdır – VİDEO

“Kurtlar Vadisi” serialı yenidən ekranlara qayıdır.

“Xaos” adlanan yeni sezonun çəkilişləri noyabr ayında başlayacaq və 2020-ci ildə ekranlara gələcək. Necati Şaşmaz və Defne Samyelinin baş rolu paylaşacağı serialda 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra baş verən hadisələrdən bəhs ediləcək.

“Kurtlar Vadisi Xaos”un “Netflix”də yayımlanacağı barədə iddialar mövcuddur.

Qeyd edək ki, serial ilk dəfə 15 yanvar 2003-cü ildə yayımlanıb. “Kurtlar Vadisi” bu günə qədər “Show TV”, “Kanal D”, “Star TV” və “TNT” ekranında izləyicilərə təqdim edilib.

1+
Loading...

Oxşar yazılar