Koronavirus onlayn statistika

"Liverpul" əsas futbolçusunu satır: Yerinə alınacaq oyunçu bəllidir

"Liverpul" klubunun keçmiş futbolçusu Stiv Nikol maraqlı açıqlaması ilə diqqətləri çəkib. 

Offisedeplus.az xəbər verir ki, 1981-1994-cü illər aralığında Mersisayd təmsilçisinin şərəfini qorumuş müdafiəçi komandanın əsas üzvü olan Sadio Manenin yayda satılacağını bildirib. Belə ki, Nikol onun əvəzinə "Leyptsiq"in hücumçusu Timo Vernerin alınacağını da deyib. 58 yaşlı futbolçu  "Liverpul"un baş məşqçisi Yurgen Kloppun öz həmyerlisini sərəncamında görmək niyyətində olduğunu dilə gətirib.

Qeyd edək ki, Timo Verner yay transfer pəncərəsi dövründə "Liverpul"a keçməyə yaxındır. Futbolçunun özü də bu keçidə müsbət yanaşır.

Onu da əlavə edək ki, bu günlərdə Madrid "Real"ının Sadio Mane üçün 154 milyon avroluq təklif hazırladığı barədə xəbərlər yayılmışdı.

Oxşar yazılar