Koronavirus onlayn statistika

Lukaşenkodan koronavirus məsləhətləri – “Araq, sauna və traktor”

Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları təşvişə düşməməyə və virus haqqında çox danışmamağa çağırıb.

Panoram.Az medicina.az-a istinadən bildirir ki, ölkə rəhbəri insanları tarlada işləməyə səsləyib:

"Orda heç kimin yadına virus düşmür. Çıxın tarlaya, traktor sizi müalicə edəcək".

Daha sonra prezident öz qorunma tədbirləri barədə danışıb. Spirtli içki içməyən Lukaşenko bu dəfə fərqli məsləhət verib:

"İndi araqla nəinki əlləri yumaq, gündə 40-50 qram təmiz spirti qəbul etmək virusu zəhərləyib, öldürər. Amma bunu iş vaxtı etməyin".

Əyalətlərdə vəzifələrə yeni təyin etdiyi məmurlara isə Lukoşenko virusdan qorunmaq üçün saunanı məsləhət görüb:

"Həftədə 2-3 dəfə quru saunaya gedin. Çinlilər bizə deyib ki, bu virus 60 dərəcə istiyə dözmür".

"İşləyin, tarlalara çıxın, torpaq hər kəsi müalicə edəcək".

Oxşar yazılar