Koronavirus onlayn statistika

Mansimovun anasından açıqlama:Mübarizimi yıxa bilməyəcəklər +VİDEO

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz  Mənsimovun anası ilk dəfə bununla bağlı aşıqlama verib.

Oxu24.com sosial şəbəkələrdə yayılmış açıqlamanı  təqdim edir:

Zümrüd xanım, oğlunuzu Feto və PYD terror təşkilatı ilə əlaqədə ittiham edərək həbs ediblər. Oğlunuz hansısa terror təşkilatı ilə əlaqədə olması ilə bağlı və oğlunuzun hazırkı həbsi ilə bağlı nə deyə bilərsiz?

Zümrüd Mənsimova: Bala, mən Mubariz də daxil övladlarımı çox böyük əziyyətlə amma halal zəhmətimlə böyütdüm. Uşaqlıqdan ona dediyim həmişə bu olub ki, əgər bir gün bilsəm ki vətənə zərrə qədər ziyan verəcək iş görmüsən mən bunu sənə keçmərəm. Mübariz Azərbaycan və Türkiyə üçün nənki öz canını hətta oğullarını belə qurban verməyə hazırdır. Mənim oğlumu şərlədilər, gözləri götürmürdü Mübarizimi... Amma nə qədər çalışsalar da Mübarizimi yıxa bilməyəcəklər. Çünki onun dayağı Allahdır və haqdır mənim oğlum. Mən bilirəm yüzlərlə insan oğlum üçün dua edir, onun azad olmasını istəyir. Sona qədər oğlumun yanındayam və Allahın köməyi ilə tezliklə aramızda olacaq.

 

 

Oxşar yazılar