Koronavirus onlayn statistika

Məhkəmə Mübariz Mənsimov barəsində həbs qərarı verdi

Məhkəmə FETÖ istintaqı çərçivəsində saxlanılan "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində həbs qərarı verib., bu barədə Anews.a -a şirkətin mətbuat katibi Fidan Quliyeva xəbər verib. 

"Məhkəmə Nuray Nurcahan Perkeri azadlığa buraxıb, Mübariz Mənsimov barəsində həbs qəti imkan tədbiri seçilib. Hələlik vəkillərlə detallı söhbət edə bilməmişik. Bir  müddət sonra daha detallı açıqlama verə bilərik",  - deyə Fidan Quliyeva bildirib. 

Xatırladaq ki, "Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovla şirkətin meneceri Nuray Nurcihan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

İstintaq çərçivəsində saxlanılmış Mənsimov və Perkerin FETÖ üzvü olduğu və təşkilatın rəhbərləri ilə intensiv əlaqə saxladıqları bildirilib.

Oxşar yazılar