Koronavirus onlayn statistika

Məşhur model koronavirusa yoluxmasından şübhələnir - FOTO

Dünyaca məşhur model Haydi Klum koronavirusa yoluxmasından şübhələnir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 46 yaşlı model bu barədə İnstaqram hesabının hekayə bölməsində məlumat verib. O, özündə virusun simptomlarından olan ağrılı titrəmə və öskürəyin olduğunu bildirib.

Haydi koronavirus testindən keçmək istəsə də, yaşadığı ərazidə bunun mümkün olmadığını öyrənib.

İnsanların təhlükəsizliyi üçün o, serial çəkilişlərinə də getməkdən imtina edib. 


Milli.Az

Oxşar yazılar