Koronavirus onlayn statistika

Məşhur serialların çəkilişi dayandırıldı - Koronavirus təhlükəsi

Türkiyədə yeni növ koronavirusun yayılması səbəbi ilə bəzi kino, reklam və televiziya sahəsində çalışanlar çəkilişlərə iki həftə fasilə verilməsini tələb ediblər.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, tələbdən sonra prodüserlər “Hekimoğlu”, “Savaşçı” və “Bir Annenin Günahı” seriallarının çəkilişlərinin müvəqqəti olaraq dayandırılacağını açıqlayıblar.

Bu gündən etibarən “Savaşçı” və “Bir Annenin Günahı” seriallarının çəkilişləri dayandırılıb.

“Hekimoğlu” serialının çəkilişlərinə isə çərşənbə günündən etibarən fasilə veriləcəyi bildirilib.

“Savaşçı”


“Hekimoğlu”


“Bir Annenin Günahı”





Oxşar yazılar