Koronavirus onlayn statistika

Messi bir şərtlə Barselona da qalır

Messi bir şərtlə "Barselona"da qala bilər


"Barselona”nın hücumçusu Lionel Messi klubda  qalması üçün yeganə şərtini açıqlayıb.

Offsideplus.az “El Confidencial”a istinadla xəbər verir ki, argentinalı oyunçu hazırda PSJ-də çıxış edən Neymar qayıdacağı halda klubda qalacaq.

Son  baş verənlərdən - klubun nəticələri, həmçinin dostluq münasibətlərinin olduğu Ernesto Valverdenin istefası, Erik Abidalın açıqlaması - Messiyə pis təsir edib. Klub rəhbərliyi isə 

2021-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləni yeniləmək istəyir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya transfer olunub. Katalonlar sambaçını ötən ilin yayında geri qayıtmağa cəhd etsələr də keçid maddi problemə görə həll olunmayıb.

Oxşar yazılar