Koronavirus onlayn statistika

“Milla” rəhbərliyi haqda ilginc iddialar... - TƏFƏRRÜAT

"Milla” süd zavodunda baş verən özbaşınalıqlardan xəbər verərək bildirmişdik ki, şirkət rəhbərliyi heç bir səbəb olmadan ona yaxın sürücünü işdən çıxarıb.

Ötən həftə "Milla”dan işdən çıxarılan sürücülər aksiya keçirərək, üzləşdiyi özbaşınalıqları ictimailəşdiriblər.

Onların sözlərinə görə, zavodun direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və loqistika müdiri Ismayıl Tanrıverdiyev merkantil maraqlarını güddüyü üçün illərdə "Milla”da çalışanları səbəbsiz yerə işdən çıxartmaqdadırlar.

Pandemiyanın tüğyan etdiyi zamanda Prezidentin qəti şəkildə xəbərdarlığına rəğmən "Gilan Holdinq”in təyin etdiyi rəhbər şəxslər vətəndaşları işdən çıxararaq prezidentin göstərişinə əhəmiyyət göstərmirlər.

Əsasən Ismayıl Tanrıverdiyev başda olmaqla (Pərviz Hüseynzadə onu dəstəkləyir) işçiləri müqavilə ilə hədələyir və hal hazırda orada işləyən həmkarlar da bu problem ilə üzbəüz dayanıb dövlətdən dəstək istəyirlər.

Əlavə olaraq onu qeyd edək ki, Pərvizin SREN adlı ayrıca firması var və Ismayıl Milla şirkətinə gəlmədən öncə onunla bir çalışıbdır.

İsmayıl işdən çıxarılan sürücülərin yerinə öz qohumlarını gətirib işlə təmin edir.

Oxşar yazılar