Koronavirus onlayn statistika

Müddət aprelin 25-nə qədər uzadıldı – Əli Əsədov tapşırıq verdi

Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb.

 

Oxu24.com -un  xəbərinə görə, bu barədə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib.

Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib".

 

Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı.

Günün təklif  olunan  videosu:


Oxşar yazılar