Koronavirus onlayn statistika

Müəllimlərin DİQQƏTİNƏ: mayın 4-dən etibarən...

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək.

Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.

\\publika.az

Oxşar yazılar