Koronavirus onlayn statistika

Nazir müavini: “Koronavirusa görə işləməyənlərin maaşları ödəniləcək” – VİDEO

Azərbaycanda koronavirusla mübarizə tədbirləri davam edir.

300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Bunu REAL TV-yə müsahibəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Sahib Məmmədov orta aylıq əmək haqqıdan (712 manat) az alanların maaşlarının tam şəkildə ödənəcəyini bildirirək: "712 manatdan çox olanlara isə orta aylıq əmək haqqı veriləcək”, – sözlərini işlədib.

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Mikro və fərdi sahibkarlara gəldikdə isə 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.


Oxşar yazılar