Koronavirus onlayn statistika

Nazirlik ödəmələrlə bağlı xəbərdarlıq yaydı — SON DƏQİQƏ! - VİDEO

Aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.

İqtisadiyyat Nazirliyindən Sfera.az-averilən məlumata görə, muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Oxşar yazılar