Koronavirus onlayn statistika

Nüşabəylə videosu yayılan kişi danışdı (VİDEO)

Nüşabəylə videosu yayılan kişi danışdı (VİDEO)

Sosial şəbəkədə müğənni Nüşabənin yayılan rəqs videosu geniş müzakirələrə səbəb olub.

İlkin versiyada müğənni ilə rəqs edən kişinin Mədəniyyət nazirinin həbs edilən müavini Rafiq Bayramov olduğu iddia edilsə də, bu fakt təsdiqini tapmayıb.

Hokm.az-ın azxeber-ə istinadla verdiyi xəbərə görə, məlum olub ki, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.

Məsələylə bağlı sayta danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: “Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb”.

O deyib ki nazir müavini kimi təqdim edilməsindən çox narahatdır: “Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb”.



Oxşar yazılar