Koronavirus onlayn statistika

Özlərini belə karantinə aldılar: bu kəndə heç kim girə bilmir (FOTOLAR)




Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Zeytincik kəndi koronavirusa qarşı ciddi tədbir görüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, kəndə giriş sadəcə asma körpü vasitəsilə mümkündür. Sakinlər 4 il əvvəl təhlükəsizlik məqsədilə qapı qoyduqları asma körpüyə bu dəfə "korona var, qonaq qəbul etmirik" yazısını asıblar. Həmçinin gələnləri də temperaturunu ölçdükdən sonra içəri buraxırlar.

Yerdən 100 metr yüksəklikdə salınan körpünün genişliyi 1,6 metr, uzunluğu isə 70 metrdir. Oğrular və vəhşi heyvanlardan qorunmaq üçün qoyulan qapıdan açarı olmayan heç kəs keçə bilmir. 


Oxşar yazılar