Koronavirus onlayn statistika

Pensiyaçılara ŞAD XƏBƏR - Deputatlar təklif etdilər

Deputatlar karantin dövründə təqaüdçülərə pensiyalarını istənilən bankın bankomatından faiz tutulmadan çıxarılmasını təklif edir.

 

Azmedia.az xəbər verir ki, bu barədə “Ölkə.Az”a açıqlama verən millət vəkili İqbal Məmmədov deyib  ki, məsələ Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında da müzakirə olunub.

 

Onun sözlərinə görə, deputatlar iclasda karantin dövründə mobil bankomatların yaradılması və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlərin tutulmaması ilə bağlı müvafiq orqanların qarşısında məsələ də qaldırılıb.

 

“Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq  ciddi karantin rejim elan edilib. Bununla əlaqədar olaraq  65 yaşdan yuxarı insanların çölə çıxması qadağan olunub. Əlbəttə tək yaşayan yaşlılarımız az deyil. Onlar təaüdlərini çıxarmaq üçün bankomatlara getməlidir. Təəssüf ki, rayonlar da bankomatlar azdır. Təaqüdlər daha çox Kapital Banklara köçürülür. Kapital Bankın kartı ilə başqa bankomatlardan pul çıxarılandan faiz çox çıxır. Biz banklara müraciət etdik ki, koronavirusla bağlı təhlükə keçənə kimi bütün banklar çıxan faizi eyni etsinlər. Belə olarsa insanlarımız rahat şəkildə öz təqaüdlərini çıxara biləcək".

 

Deputat onu da əlavə edib ki, Lerik rayonunda 160 kənd var. “Lakin rayon ərazisində cəmi 6 bankomat var ki, bununda  dördü rayon mərkəzində, ikisi isə  kənddədir. Karantin rejimi tətbiq edildiyindən insanlar pensiyalarını almaq üçün   rayon mərkəzində gəlməkdə çəkinlik çəkirlər.  Çünki yaşlılara çölə çıxmaq qadağan olunur. Digər tərəfdən də kəndlər arasında məsafə çoxdur. Buna görə də insanlarımız təqaüdlərini çıxara bilmirlər və nəticəə çətinlik çərkilər”, - deputat bildirib.


Deputat təklif edir ki  karantin rejiminin tətəbiq edilməsni nəzərə alaraq aralıq müddətdə  bankomat olmayan kəndlərdə təqaüdlər poçtlar vasitəsi ilə paylanılsın: “İkinci təklifim mobil bankomatlala bağlı oldu. Mobil bankomat olsa məncə insanlarımız rahat şəkildə təqüdlərini çıxara bilər”.


Millət vəkili Vahid Əhmədov isə “Ölkə.Az”a açıqlamasında  deyib ki, deputatları  ən çox narahat edən məsələlərdən də biri təqaüdçülərin problemidir. “Təqaüd alan şəxslər bunu almaq üçün bankomatlar qarşısında növbələrə dayanmağa məcburdurlar. Bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında toxunuldu. Doğrudur, Yeni Azərbaycan Partiyası təqaüdçülərə kömək etmək üçün müəyyən qruplar təşkil edib. Amma təqaüd alan şəxslər kartlarını heç kimə vermək istəmirlər. Hesab edirik ki, ümumiyyətlə, bu ödəniş məsələsini həll etmək lazımdır. Yalnız Beynəlxalq Bank və Kapital Bankdan deyil, koronavirus müddətində istənilən bankdan faiz çıxmadan təqaüdçülər öz vəsaitlərini çıxara bilməlidirlər”.

Oxşar yazılar