Koronavirus onlayn statistika

Pirallahıdan olan ailəyə Sumqayıtda torpaq verildi — VİDEO

İdmançı Kamil Zeynallı Pirallahı rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra Sumqayıt İcra Başçısı Zakir Fərəcov ailəyə 2 sot torpaq hədiyyə edib.

“Ölkə.Az” xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“Sumqayıt İcra başçısına  təşəkkür edirəm ki,bu kasıb ailəyə 2 sot torpaq hədiyyə etdi. Gəlin, birlikdə bu evi tikək və ailəyə təhvil verək”,- deyə, o, qeyd edib.

Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə  paylaşım edən  Kamil Zeynallını özünü reklam etməkdə günahlandırmışdı.

Oxşar yazılar