Koronavirus onlayn statistika

Qadın müştərilərə əxlaqsız təklif edən taksi sürücüləri... - ARAŞDIRMA

Bəzi taksi şirkətləri müştərinin ad, soyad, telefon nömrəsi kimi  şəxsi məlumatlarını taksi sürücülərinə ötürür. Bu isə zaman-zaman ciddi problemlərə yol açır. Müştərinin mobil nömrəsini əldə edən sürücü  zəng vurmaqla, hansısa qeyri-etik davranışla onları narahat edir. Bundan ən çox əziyyət çəkənlər isə xanım müştərilərdir.

Redaktor.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi şirkətlər bu məsələni həll etsə də, problem hələ də aktual olaraq qaalır:

"Bəzi şirkətlər artıq məsələni həll edib. Sürücü ünvana çatdıqda şirkətə xəbər verir və müştəriyə SMS vəsitəsilə məlumat göndərilir ki, sürücü onu gözləyir. Burada müştərinin sürücü ilə heç bir kontaktı olmur. Lakin bəzi şirkətlər ucuz başa gəlir deyə, asan yollara əl atırlar. Elə bir sistem qururlar ki, məlumatı sürücüyə ötürürlər. O baxımdan tövsiyyə edərdim ki, müştərilər də diqqətli olsunlar. Özünü doğruldan və xüsusi səhvlərə yol verməyən şirkətlərin xidmətlərindən daha çox istifadə etsinlər".

Oxşar yazılar