Koronavirus onlayn statistika

"Qalatasaray" "Beşiktaş"ı məğlub edə bilmədi - VİDEO

Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray" və "Beşiktaş" arasında İstanbul derbisi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Türk Telekom Arena"da koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşməyib - 0:0.

Bu nəticədən sonra "sarı-qırmızılar" ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. "Ağ-qaralar" isə baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında ilk derbidən xalla ayrılmağı bacarıb.

Lakin bu heç-heçə nə "Qalatasaray"ın, nə də "Beşiktaş"ın işinə yarayıb. Fatih Terimin baş məşqçi olduğu kollektiv ilk 2 pillədəki "Trabzonspor" və "Başakşehir" arasındakı görüşün 1:1 yekunlaşmasından yararlana bilməyib.

Bu nəticədən sonra xalını 50-yə çatdıran "Cim-Bom" elə 3-cü pillədə qalıb və şərikli liderlərdən yenə 3 xal geridir. "Qara qartallar" isə 44 xalla 5-cidir.

Oxşar yazılar