Koronavirus onlayn statistika

Qarabağda ölən erməni hərbçilərinin anaları ayağa qalxdı: “Tezliklə barışıq olsun”

Ermənistanın paytaxtı İrəvan şəhərində işğal edilən Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşlərdə öldürülən erməni hərbçilərinin anaları piket keçirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, piket Rusiya Federasiyasının İrəvandakı səfirliyinin önündə baş tutub.

Etirazçılar dərhal barışıq əldə edilməsinin vacibliyini vurğulayıblar.

Piketə 2016-cı ilin aprel ayında övladları öldürülən analar da qoşulub.

Oxşar yazılar