Koronavirus onlayn statistika

Reklamda qadın bədəninin qeyri-sağlam təsviri ilə bağlı araşdırma aparılır

Dam örtüyü şirkətinin reklam etdiyi məhsulda qadın bədəninin reklam edilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bizimyol.info xəbər veri ki, məsələ ilə bağlı “Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova müraciət edib.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları mümkünsə bu məsələ ilə bağlı tədbir görün. Şirkətin reklamı biyabırçıdır, qadın hüquqlarına ziddir”,- deyə M.Zeynalova bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Bizimyol.info-ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, reklam fotosunda cazibədar qadının obrazının arxasında dam örtüyü əks olunub. Sosial şəbəkə istifadəçiləri qadın vücudunun qeyri-sağlam təsviri təbliğ edildiyi iddia edilərək tədbir görülməsini istəyiblər.

BMT tərəfindən qəbul edilən və daxili hökumət tərəfindən təsdiqlənən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya" əsasən, qadının hər hansı bir stereotipik görüntüsü cinsiyyətə görə ayrı-seçkilik kimi müəyyən edilibr. Bu da o deməkdir ki, bu reklam, buna bənzər digərləri kimi, qanunda bərabərlik normasını pozur.


Oxşar yazılar