Koronavirus onlayn statistika

Ronaldo Juventus-la yeni müqavilə imzalaya bilər

Juventus futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni uzatmaq niyyətindədir.

Goal.az AS-a istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı hücumçu ilə 2024-cü ilin yayınadək anlaşma əldə etmək istəyir.

Beləliklə, sözləşmə baş tutsa, Ronaldo 39 yaşınadək "ağ-qara" formanı geyinəcək. Hələlik klubun 35 yaşlı forvarda hansı şərtləri təklif edəcəyi bilinmir. Hazırda təcrübəli oyunçunun illik əmək haqqı 31 milyon avrodur.

Qeyd edək ki, Kriştiano Ronaldo Juventus-a 2018-ci ilin yayında Real Madrid-dən 117 milyon avroya keçib.

Oxşar yazılar