Koronavirus onlayn statistika

Rusiyada dəhşətli qətl: 5 nəfər səs-küy saldıqlarına görə güllələndilər

Rusiyanın Ryazan şəhərində bir nəfər gecə saatlarında pəncərələrinin altında səs-küylə danışdığına görə beş nəfərə atəş açıb və onları öldürüb.

Bu xəbəri Qətərin “Gulf News” saytı yayıb. Hadisə “evdə qal” kampaniyası zamanı baş verib.

Əslən kiçik Yelatma şəhərindən olan 32 yaşlı bir kişi şənbə günü, axşam saat 10 radələrində "pəncərənin önündə yüksək səslə danışan" bir qrupa - dörd gənc oğlana və bir qadına atəş açıb.

Yelatma şəhərciyi Rusiyanın Ryazan şəhərinin yaxınlığında yerləşir.

İstintaq orqanlarının əməkdaşları bildiriblər ki, atəş ov tüfəngindən açılıb. Atəşə məruz qalanların hamısı aldıqları yaradan yerindəcə keçiniblər.

Adı açıqlanmayan qatil həbs olunub. Onun mənzilində axtarış aparılıb və silah ələ keçirilib.

Ryazan vilayəti qubernatorunun müavini İqor Qrekov bazar günü atışma baş verən əraziyə baş çəkib. (Musavat.com)

bizimyol.info

Oxşar yazılar