Koronavirus onlayn statistika

ŞAD XƏBƏR: Muzdlu işçilərə 215 manat kompensasiya veriləcək

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi  üçün kompensasiya qismində 300 min nəfərə 215 manat kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

Oxşar yazılar