Koronavirus onlayn statistika

Sahil İmanov: "Bu film Mübariz Mənsimovun günahsız olduğunu dünyaya sübut edəcək"

Azərbaycan əsilli araşdırmaçı jurnalist və rejissor Sahil İmanov Mübariz Mənsimov üçün film çəklişinə başlayıb.

Azmedia.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində həbs edilen Mübariz Mənsimovla bağlı Azərbaycan və Türkiyədə film çəklişlərinə start verilib.

Film 45 dəqiqəlik sənədli filmdir. Film 4 dildə Azerbaycan, Türk, Rus və İngilis dillərində dünyanın hər yerində yayımlanacaq.

Filmdə, Məmmədəmin Rəsulzadənin nəvəsi, Rais Rəsulzadə də yer alacaq .

Filmin əsas məqsədindən Danışan Sahil İmanov, "Bu film Mübariz Mənsimovun günahsız olduğunu və nə qədər xeyriyyəçi insan olduğunu dünyaya sübut edəcək", - deyə bildirib.

Mübariz sadəcə Azərbaycan yox, damarında türk qanı axan hər kəsin Mübarizidir .

Dünyanın hər yerindən Mübariz Mənsimova dəstek var. Müğənni, aktyor, siyasətçi...

 Qeyd edək ki, Sahil İmanov 20 mindən çox  üzvü olan "MUBARİZ İÇİN MUBARİZE" (MİM) hərəkatının başqanıdır.

Oxşar yazılar