Koronavirus onlayn statistika

Samirə Əfəndinin “Cleopatra”sı 1-cidir - VİDEO - FOTO

Azərbaycanı "Eurovision - 2020" mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin "Cleopatra" mahnısı birincidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin müsabiqənin rəsmi "Youtube" səhifəsində yerləşdirilən ekran işi ölkə üzrə trenddə liderdir. Eyni zamanda layihə sözügedən platformada 3 gün ərzində 1 milyondan çox baxış toplayıb. Bununla da o, ən çox izlənilənlər siyahısında üçlüyə düşüb.

Klip 37 min insan tərəfindən bəyənilib, 13 mindən çox rəy yazılıb.  Həmçinin "Cleopatra" Almaniya, İspaniya və Yunanıstanda trendə düşüb.

Bundan əlavə, bukmeykerlərin proqnozuna əsasən, 18-ci sırada olan Samirə klipin premyerasından sonra 10 pillə irəliləyərək 8-ci olub.


Oxşar yazılar