SON DƏQİQƏ: Türk Respublikasında SİLSİLƏ PARTLAYIŞLAR – VİDEO

Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi hissədə şiddətli partlayışlar baş verib.

Türkiyənin NTV televiziyası xəbər verir ki, silah anbarında baş verən silsilə partlayışlardan sonra güclü yanğın başlayıb. Hadisə nəticəsində ətrafa ciddi ziyan dəyib. Tələfat barədə hələlik məlumat yoxdur. Yaralıların olduğu bildirilir.

Hərbi hissədən bir neçə yüz metr məsafədə yerləşən binaların şüşələri sınıb. Yaxınlıqda yerləşən otelin müştəriləri ciddi həyəcan yaşayıb.

Onlar təhlükədən yayınmaq üçün sahilyanı ərazilərə qaçıblar. Sakinlərə məcbur qalmadıqca evlərini tərk etməmək tövsiyə olunub. Polis partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: redaktor.az

0
Loading...

Oxşar yazılar