Koronavirus onlayn statistika

SON DƏQİQƏ! - Bakıda yüksək vəzifəli şəxsin meyiti tapıldı

Bakıda yerləşən “JW Marriott Absheron” hotelində 1957-ci il təvəllüdlü Böyük Britaniya vətəndaşı Tyumer Con Levinsonun meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Əcnəbi vətəndaşın üzərində zorakılıq əlamətləri olmayan cəsədi aprelin 13-ü, saat 00:25-də hotel otaqlarından birində aşkarlanıb. İlkin məlumatlara görə, o, ürək çatışmazlığından ölüb.

Bildirilir ki, T.C.Levinson 2018-ci ilin fevral ayından bəri Bakıda yaşayır və “Turan Drilling and Engineering Company LLC” neft şirkətində layihə rəhbəri olub.

Oxşar yazılar