Koronavirus onlayn statistika

SON DƏQİQƏ - Məşhur azərbaycanlı vəfat etdi

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.

Panoram.az xəbər verir ki, Həsənov Rəşid İbrahim oğlu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Rəşid Şerif adı ilə tanınan rəssam 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən – Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin.

Oxşar yazılar