Koronavirus onlayn statistika

Sumqayıtda yanğın başlayıb

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

redaktor.az

Oxşar yazılar