Koronavirus onlayn statistika

Tanınmış azərbaycanlı cütlük ayrıldı - FOTO

Yazıçı-jurnalist Aysel Əlizadə ilə Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı ayrılıb.

BAKU.WS xəbər verir ki, ayrılıq xəbərini Əlizadə sosial şəbəkədə yayıb.

"Ramin bəylə yollarımız ayrıldı. Çox gözəl insandı. Şəxsinə uğurlar diləyirəm, ümid edirəm, həyatında bundan sonra hər şey yaxşı olacaq", - o, Hacılı ilə yollarının ayrıldığını bu sözlərlə ifadə etməklə kifayətlənib.

Xatırladaq ki, cütlük 9 oktyabr 2014-cü ildə ailə qurmuşdu. Bu nikah Əlizadənin ikinci, Hacılının isə ilk izdivacı idi. Ayselin birinci həyat yoldaşı tanınmış şair Aqşin Yenisey olub. 


Aysel
BAKU.WS

Oxşar yazılar