Koronavirus onlayn statistika

TƏCİLİ - Azərbaycanda daha üç nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə KİV-ə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

"Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabit qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - məlumatda bildirilib.

panoram.az

Oxşar yazılar