Koronavirus onlayn statistika

Türkiyədə küçəyə çıxma qadağasını pozan yaşlıların cəzası açıqlandı

Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısını almaq və itkiləri minimuma endirmək üçün müəyyən qadağalar tətbiq etməyə başlayıb.  

“Haber Global” xəbər verir ki, onlardan biri də yaşı 65 və üzərində olan qocaların, həmçinin xroniki xəstəliyi olan insanların küçəyə çıxmasının qarşısının alınmasıdır.  

Artıq həmin insanların evdən çıxmaları, park, bağça kimi açıq ərazilərdə dolaşması rəsmən qadağan edilib.  

Artıq qaydaları pozanların nə qədər cərimələnəcəyi də bəlli olub. Ərzincan valisi Ali Arslantaş sosial media hesabı vasitəsilə açıqlama verərək bildirib ki, qadağanı pozan şəxslər 3150 türk lirəsi məbləğində cərimə ediləcəklər.  

Oxşar yazılar