Koronavirus onlayn statistika

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına 200 TL verilir

Bütün dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişdi. Belə ki, xaricdə təhsil alan, müvəqqəti yaşayan, turistik və digər məqsədlərlə səfərdə olan azərbaycanlıların bir çoxu da Azərbaycana qayıtmağa çalışsa da, bəziləri ölkəyə qayıda bilmədi.

Azərbaycan Xarici İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Bizimyol.info-ya bildirib ki, işləmək, təhsil almaq, müalicə olunmaq və başqa səbəblərdən ölkə xaricində yaşadığı ərazidə Azərbaycan Respublikası vətəndaşlarına səfirlik vasitəsilə kömək edilir.

Türkiyədəki Azərbaycan səfirliyi kömək üçün müraciət edən vətəndaşın müraciətinə baxıldıqdan sonra həmin şəxsə 16 rəqəmli kod göndərilib. Həmin kod vasitəsilə vətəndaş yaşadığı ərazidə “Migros” marketlər şəbəkələrinə müraciət edərək 200 Türk Lirəsi dəyərində alış-veriş etməyin mümkün olduğu bildirilib. Həmin məbləğə spirtli içkilərin və tütün məmulatlarının alınması istisna edilib.

Oxşar yazılar