Koronavirus onlayn statistika

UEFA AVRO-2020 ilə bağlı qərarı - RƏSMİ (Bu yay keçirilməsi planlaşdırılan)

Bu yay keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatı təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, rəsmi qərar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunub.

Turnir 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərində  təşkil olunmasına qərar verilib.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyul tarixlərində Avropanın 12 şəhərində təşkil olunmalı idi. A qrupunun 3 oyununun və 1/4 final mərhələsinin 1 matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulurdu.

Oxşar yazılar