Koronavirus onlayn statistika

UEFA avrokubokların formatını dəyişə bilər

UEFA koronavirus epidemiyasına GÖRƏ avrokubokların pley-off oyunlarını yeni formatda davam etdirməyi planlaşdırır.


Qol.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. 1/4 final mərhələsi bir görüşdən ibarət ola bilər. Bu matçın neytral meydanda keçirilməsi və ya ev sahibini püşklə müəyyənləşdirməklə mümkündür.


Sonrakı mərhələdə isə yarımfinal və final qarşılaşmaları yox, UEFA mini-turniri keçirilə bilər.

Xatırladaq ki, artıq Çempionlar Liqasında 1/8 finalının 4 cavab oyunu keçirilib və PSJ, "Leyptsiq", "Atletiko", "Atalanta" 1/4 finala yüksəlib.

"Mançester Siti" - "Real” və "Yuventus" - "Lion" oyunları isə təxirə salınıb. "Bavariya" - "Çelsi"  və "Barselona" - "Napoli" qarşılaşmaları martın 18-də keçirilməlidir.

Qeyd edək ki, UEFA-nın son qərarı martın 17-də təşkil ediləcək konfransda qəbul ediləcək. Qurumun Çempionlar Liqası və Avropa Liqasının dayandırılacağı haqda qərar verəcəyi də istisna edilmir. Yeni format turnirlər bərpa olunduqdan sonra nəzərdə tutulub.

Oxşar yazılar