Koronavirus onlayn statistika

VACİB XƏBƏR!Bakıda işləyib hazırda rayonda olan şəxslərin nəzərinə!

“Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır”.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq:

“Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan şəxsləri misal göstərə bilərik. Amma Bakıda daimi işləyən, Bakıda qeydiyyatında olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaq. Çünki öncədən əhaliyə elan edilmişdi ki, pandemiya var, ölkədə yayılma riski böyükdür. Buna görə də bayram üçün rayonlara getməsinlər. Daha sonra da onlara geri qayıtmaq üçün martın 28-dək vaxt verilmişdi. Artıq hər bir rayonun çıxışında postlar qurulduğu, rayonlararası nəqliyyatın hərəkəti dayandırıldığı üçün həmin şəxslər karantin rejimi müddətində olduğu yerdə qalmalıdırlar.

Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar. Çünki bütün növ nəqliyyat vasitələrinin hərəkəti rayonlararası dayandırılır”.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq:

“Artıq bu postların iş yükü azalıb, həmin postlardan maşınların geri qaytarılması halları müşahidə olunmur. Çünki bu postlara rayon postlarından buraxılan istisna hal təşkil edən avtomobillər gəlib çıxır”.

Oxşar yazılar