Varlıların ağlagəlməz 7 dəliliyi – ADAMA YUXU KİMİ GƏLİR

Varlıların dəlilikləri Varlı olmaq hamının arzusudur. Hətta, xərcləməyə ömrünün yetmədiyi qədər pul arzulayanlar da var. Bu adamlar pullarını ağlagəlməz formada xərcləyir. Bəzi qəribəliklərlə tanış olaq: 7. Pizza. Bir pizza neçəyə olar axı?! Əgər bir pizzanı dünyanın ən yaxşı pizza aşpazı hazırlayırsa, üstəlik, hazırlanmasına 72 saat vaxt sərf edilirsə qiyməti baha olur. Dəniz xərçəngi, 3 növ kürü və Avstraliyanın Duzlu çayının torpağı. Bəli, bəli… Torpaq! Bu sadaladıqlarımızın tərkibinə daxil edilməsiylə bir pizzanın qiyməti 12 min dollar olur. 6. Sabun. Liviyada hazırlanan bu sabun yalnız varlılar üçündür. Qiyməti 2800 dollardı. Tripolidə hazırlanan bu sabunun bir dənəsi ay yarıma hazırlanır. Yəqin düşünürsünüz ki, bu sabun nədən hazırlanır? Varlıların qızıl hərisliyi yemək, paltar, əşyalara qədər özünü büruzə verir. Bu sabunda da 17 qram qızıl tozu, 3 qram da almaz tozu var. Sabunun tərkibinə təbii ətir və yağlar da qatılır. 5. Hamam otağı. Varlı və super varlı olmaq arasında da bir fərq var. Super varlıların pulunun sayı-hesabı olmur. Lam Sayi Vinq də super varlıdır. O, öz hamam otağını təmir etdirərkən xəsislik etməyib. Təmir üçün 3,5 milyon dollar pul ayırıb. Yəni, 6 milyon manat… Hamam otağının bəzədilməsində 6 min almaz daşı istifadə edilib. Əşyaları hazırlamaq üçün də 380 kq saf qızıl lazım olub. 4. Poçt markası. Bir vaxtlar poçt markaları çox məhşur olub. 1855-ci ildə İsveç poçt markası olan tre skill texniki xəta səbəbi ilə yaşıl yox, sarı rəngdə çap olundu. İllər sonra bu xəta çox adamın marağını çəkdi. Nəhayət, sarı tre skill dünyanın ən bahalı poçt markalarından biri oldu. Marka 1984-cü ildə 1 milyon 70 min dollara, 2010-cu ildə isə 3.14 milyon dollara satıldı. Varlıların pullarını lüks avtomobillərə və ya yaxtalara verməsinə bir məna vermək olur. Lakin, bizim pulla 5,5 milyon manatı adi poçt markasına vermək… Bunu düşünmək də istəmərik… 3. Bir şüşə su… Bir şüşə suyu marketdən neçəyə almaq olar? 50, yoxsa 40 qəpiyə? Ancaq varlılar belə 50 qəpiklik su içməz. Tributo Modilyani adlı suyun bir şüşəsi 60 min dollardı. Şüşədəki su 3 ölkədən gətirilərək qarışdırılır. Fiji, Fransa və İrlandiya. Hər şüşədəki suya 23 ayar qızıl tozu səpilib. Su şüşəsinin qeyri-adiliyi də pul tələb edir. Şüşənin eşiyinə 24 ayar qızıl suyu çəkilib. 2. Kətil. Bu kətil qızıldan hazırlanıb. Bu kətildə oturmaq istəyən adam 1,3 milyon dollar ödəməlidir. Kətilin çəkisi 50 kq.-dır. 1. Piramida formalı başdaşı. Super varlı olmaq, məzarını da istədiyi kimi dizayn etdirmək deməkdir. Həm də piramida formasında… Bu başdaşını Nikolas Keyç özü üçün düzəltdirib. Qiyməti açıqlanmasa da, bu başdaşının ucuz olmadığı göz qabağındadı.

Loading...

Oxşar yazılar: