Koronavirus onlayn statistika

“Virusun təbii seyrinə görə 2-4 ay arasında Bakıda 90 000 adam itirəcəyik” - VASİF İSMAYIL

Koronavirusa qarşı karantin tədbirləri almasaq, nə olar?

 

Artıq həftələrdir danışırıq, müzakirə edirik - görürəm ki, "əvvəl belə demirdin" falan tərzində cümlələr sərf edənlər çıxır.

 

Bir şeyi anladım ki, insanlar çox vaxt deyiləni yox, deyiləndən ÖZLƏRİNİN çıxardığı nəticəni yadda saxlayırlar.

 

Onda qısa olaraq belə izah edim.

 

İndiki koronavirus əslindən o qədər də öldürücvü deyil. Yoluxduğu insanların yüzündən ancaq 3-nü öldürür.

 

Bu virus hava-damcı yolu ilə yayıldığı üçün HAMI YOLUXACAQ.

 

Sadə hesab.

 

Bakıda 3 milyon adam var. Biz indi karantin tədbirləri almasaq, bu virusun təbii seyrinə görə 2-4 ay arasında Bakıda 90 000 adam itirəcəyik.

 

Doxsan min.

 

Doğrudur, hər şey bu qədər sadə deyil. Virus yoluxmasında başqa məhdudlaşdırıcı faktorlar da var. Hətta onları belə nəzərə alanda rəqəm ən az 18 000 çıxır.

 

Bakı şəhərində 2-4 ay arasında 18 000 adamın ölməsinə hazırsınız mı?

 

Məhdudlaşdırıcı faktorlar maska, dezinfektan maddələrin istifadəsi, şəhərin səhiyyə siisteminin həcmi və hazırlılıq dərəcəsi və s.-dir. Bunu gözəl izah edən və formulu ortaya qoyan elmi məqalələr var. Ancaq indi sizə elmi məqalə desəm, yenə deyilənlərdən ÖZ BİLDİYİNİZ NƏTİCƏNİ çıxararaq yadda saxlayacaqsınız.

 

Vasif İsmayıl //pravda.az

Oxşar yazılar