Koronavirus onlayn statistika

Yanan evdən 4 uşağın yanmış meyiti tapıldı

Rusiyanın İrkutsk vilayətininin Tayşet şəhərində yanğın zamanı 4 uşaq yanaraq ölüb. 

Milli.Az bildirir ki, APA-nın "qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, hadisə Qornaya küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürdükdən sonra evdən 11 aylıq, 3, 4 və 6 yaşında 4 uşağın cəsədini tapıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu (İki və ya daha çox şəxsin səhlənkarlıqdan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.

Milli.Az

Oxşar yazılar