Koronavirus onlayn statistika

Yaxşılıq etməyə tövbəliyəm — Ədalət Şükürov - VIDEO

Əməkdar artist Ədalət Şükürov rejissor Nail Naiboğlunun “İnstagram”da canlı yayımlanan “İri Plan” rubrikasının qonağı olub.

“Ölkə.Az” xəbər verir ki, canlı yayım zamanı ifaçı maraqlı açıqlamaları ilə yadda qalıb.

Sənətçi sosial şəbəkədə onu aldadaraq yardım istəyən insanlardan da danışıb.

 “Mən demişəm ki, ilk növbədə ətrafıma kömək edirəm. Bu, mənə bəs edər. Hərə öz ətrafına kömək etsə, bu, yetər. Sosial şəbəkə dilənçiləri çoxalıb. Mənə yazırlar ki, xahiş edirik, bizə kömək edin. Səhərdən-axşama qədər kimsə nəsə istəyir. Biri yalandan yazır, birinin doğrudan da imkanı yoxdur. Bir-ikisinə kömək elədik və gördük ki, yalan çıxdı. Tövbəliyik və heç vaxt heç kimə kömək etməməyə qərar verdik. Bizi gərək başa düşəsiniz, başa düşməsəniz də öz işinizdir”,- deyə, o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ifaçının“Sosial şəbəkələr “Facebook”, “İnstagram” dilənçiləri ilə doludur. Bircə dəfə bir şey paylaşsaq, həmən dəqiqə mesaj bölməsi dolub-daşır. Ehtiyacı olan da, olmayan da yazır, nə isə istəyir…” sözləri insanlar tərəfindən tənqid olunmuşdu.

Ölkə.Az

Oxşar yazılar