Koronavirus onlayn statistika

Yuventus Ronaldoya müqavilə təklif edir

"Yuventus" (İtaliya) Kriştianu Ronaldo ilə uzunmüddətli müqavilə imzalamaq fikrindədir.

Offsideplus.az xəbər verir ki,  AS nəşri Turin klubunun portuqaliyalı hücumçu ilə 2024-cü ilin yayınadək klubda qalması üçün danışıqlar apardığını yazıb.

2024-cü ildə Ronaldonun 39 yaşı olacaq. Hazırda illik əmək haqqı 31 milyon avro olan futbolçunun bu təklif barədə düşündüyü bildirilir.

Qeyd edək ki, Kriştianu Ronaldo "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Oxşar yazılar