Koronavirus onlayn statistika

Yuxu kimi... - 24 SAATDA 4931 ÖLÜM...

Dünya koronavirus bəlasının əsarəti altına girib desək, hər halda yanılmarıq. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu virus qarşısında aciz vəziyyətdə qalıb. Elə buna əsas nümunə kimi dünyanın hegamon dövləti hesab olunan ABŞ-ı nümunə göstərmək olar.

Narıncı.com xəbər verir ki, son 24 saatda ABŞ-da ölənlərin sayı (16 aprel saat 18:10 statistikalarına əsasən) 4931 nəfər artaraq 30 min 990 nəfərə çatıb.


İngiltərədə isə son 24 saatda ölüm sayı 861 nəfər artıb. Bununla da, İngiltərədə koronavirusdan vəfat edənlərin sayı 13 min 729 nəfər olub.


Hollandiyada koronavirusa yoluxanların sayı son 24 saatda 61 nəfər artaraq 29 min 214 nəfərə çatıb və 181 nəfər vəfat edib. Bununla da, Hollandiyada virusdan həyatını dəyişənlərin sayı 3 min 315 olub.


Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, 146 min 899 nəfər isə virus səbəbi ilə dünyasını dəyişib.

Oxşar yazılar