Koronavirus onlayn statistika

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı proqnozlaşdırdı

Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusun yayın sonuna qədər tamamilə aradan qalxacağını, virusun Azərbaycanda elə də ağır keçməyəcəyini söyləyib.

Bizimyol.info-ya açıqlama verən öngörücü hələ 2 il öncə dünyanı xərçəngdən daha qorxunc xəstəliyin bürüyəcəyini və onun kütləvi insan ölümlərinə səbəb olacağını demişdi. Zirəddin Rzayev virusun ən gec 3 həftə içərisində nəzarətə alınacağını, yayın sonuna qədər də tamamilə yox olacağını deyərək yeni, başqa virusların da görünə biləcəyini söyləyib. Lakin yayılma ehtimalı olan növbəti virus koronavirus qədər təsirli olmayacaq.

O koronavirusun Azərbaycanda Çin və Avropa ölkələrinə nisbətən daha yüngül keçəcəyini söyləsə də, ölüm hallarını da istisna etmədi.

İlhamə

Oxşar yazılar